Avstraliyada 28 May - Respublika Günü qeyd edilib
- 27.05.2013, 13:57,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirib. Azərbaycan – Avstraliya - Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və Türkiyə icmalarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb. Cəmiyyətdən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib.
Cəmiyyətin prezidenti İmaməddin Qasımov 1918-ci ildə ölkə parlamentinin qərarı ilə qadınlara seçki hüququ verilməsi ilə Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqların verilməsi sahəsində nəinki şərqdə ilk, həm də ABŞ (1920), Britaniya (18-28), Fransa (1944) kimi ölkələri qabaqlayaraq Qərb ölkələri arasında da ilk sıralarda yer aldığını vurğulayıb.
Sidney Texnologiya Universitetinin İnşaat və ətraf mühit mühəndisliyi fakültəsinin baş müəllimi və koordinatoru Şəmsəddin Nicat Azərbaycan dilində vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyub.
Daha sonra Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Dağlıq münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb.