Avropa Liqası: “Qarabağ” – “Dnepr” - 1:2

Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib. Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” da IV turda meydana çıxıb.

F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirib. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirib.

Azərbaycan çempionu 15-ci dəqiqədə Nikola Kaliniçin fərqlənməsindən sonra hesabda geri düşüb. 36-cı dəqiqədə Leroy Corc hesabda tarazlıq yaradıb və təmsilçimiz fasiləyə heç-heçə (1:1) ilə yollanıb. Təəssüf ki, “Qarabağ” qələbə topunu vura bilməyib və əvəzində, qonaqlar qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu adını tabloya yazdırıb.

Beləliklə, Bakıda “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşib.

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu Fransa “Sent-Etyen”inə qarşı keçirib. Ağdam klubu Bakıda “yaşıllar”la qolsuz heç-heçəyə razılaşıb. Səfərdə İtaliya “İnter”inə uduzan (2:0) komandamız yeganə qələbəsini “Dnepr” üzərində əldə edib.


Avropa Liqası
Qrup mərhələsi
IV tur

F qrupu

6 noyabr

“Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) - 1:2

QOLLAR: Leroy Corc, 36 - Nikola Kaliniç, 15; 73

Baş hakim: Pavel Qil
Şərhlər
İdman bölməsinin xəbərləri