Sürücülərin nəzərinə: Bu yol 3 gün bağlı olacaq
- 06.11.2014, 23:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə verilən məlumata görə, paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacaq.
Avtomobil sahiblərinə, sürücülərə təmir işləri başa çatana qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.