Bakıda külli miqdarda vəsait mənimsəyən qadın tutulub
- 07.11.2014, 00:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda vəsait mənimsəyən qadın tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi, 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri - Ramin Verdiyevdən 2011-ci ildə 7 min manat, Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16 min ABŞ dolları alıb qaytarmamaqda şübhəli bilinən 1970-ci il təvəlüdlü Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub.
Şübhəli şəxsə CM-in 178-ci maddəsi ilə cinayət işi açılıb.