Azərbaycanda hərbi təlim poliqonunda partlayış baş verib

Bakıda təlim poliqonunda partlayış olub.


APA-nın məlumatına görə, hadisə mayın 25-də Müdafiə Nazirliyinin Qaraheybət təlim poliqonunda qeydə alınıb.



Poliqonda təlimdən sonra partlamayan mərmilərin zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi zamanı əsgər, 1994-cü il təvəllüdlü Həsənli Vüsal Azad oğlunun tapdığı sursat əlində partlayıb. Əsgər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əsgər hospitala yerləşdirilib.



Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin yaralanması faktını təsdiqləyib.



Qeyd edək ki, V. Həsənli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri