Azərbaycanda işəgötürən və işçi tərəfindən ödənilən sosial sığorta haqlarının həcmi dəyişə bilər
- 07.11.2014, 19:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda “2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı konsepsiyası”nda işçinin və işəgötürənin ödədiyi sosial sığorta haqqının nisbətinə dair "3+22%" versiyasına baxılır.
APA-nin məlumatına görə, bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib.
“Ölkədə əmək haqqı ilə bağlı konkret bir məbləğ müəyyən oluna bilər. Həmin məbləğdən aşağı əmək haqqı rəsmiləşdirənlər onun 25%-i qədər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcəklər. İşçi isə əmək haqqından ödəniş etməyəcək. İkinci versiya kimi əmək haqqı müəyyən edilmiş həddən çox rəsmiləşdirilir, onun 8%-i işəgötürən, 17%-ini isə işçi Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir”, - deyə E. Mehdiyev bildirib.