Bakıda nişanlı cütlüyün ölməsi ilə bağlı cinayət işi başlanıb
- 07.11.2014, 19:54,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda nişanlı olan qız və oğlanın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Binəqədi rayonunda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hazırda istintaq tədbirləri davam etdirilir.
***
Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.