Ceyms Uorlik: “Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutan dialoqunu inkişaf etdirmək çox vacibdir”

“Prezidentlərin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə kömək edir və bu görüşləri davam etdirmək lazımdır”.

Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“ABŞ adından deyə bilərəm ki, biz Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşləri mütəmadi şəkildə davam etdirmələrini gözləyirik. Onların görüşləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə kömək edir. Biz həmçinin gələn ay ATƏT-in Bazeldəki nazirlər görüşü çərçivəsində tərəflərin XİN başçıları ilə bir araya gələcək, bu səviyyədə də görüşləri davam etdirəcəyik. Paris sammitində baş tutan dialoqu inkişaf etdirmək çox vacibdir”, - deyə C. Uorlik qeyd edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri