Bakıda qatar 36 yaşlı kişinin üstündən keçib
- 07.11.2014, 19:56,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 36 yaşlı kişini qatar vurub.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.
36 yaşlı Tofiq Əsgərov dəmir yolu xəttini keçərkən müvazinətini itirərək yıxılıb.
Hərəkətdə olan qatar onun üstündən keçib. Nəticədə ayaqları bədənindən ayrılan T. Əsgərov çoxlu qan itirdiyindən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.