AŞPA prezidenti: “Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil”
- 27.05.2013, 13:59,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırda Azərbaycanda elə bir inkişaf var ki, bunu görməmək mümkün deyil. Heç kim Azərbaycanda baş verən bu dəyişiklikləri inkar edə bilməz. Bu gün bizim Azərbaycanda gördüyümüz odur ki, kifayət qədər addımlar atılıb, məsələn, işsizlik 50 faizdən 6 faizə endirilib. Bu kifayət qədər mütərəqqi addımdır və beynəlxalq səviyyədə də özünü göstərir. Eyni zamanda biz onu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycan bu regionda güclü strateji əhəmiyyətə malikdir və bu, bizim üçün vacib məsələdir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon deyib.
Eyni zamanda Avropa Şurasının da Azərbaycanla bağlı bəzi kriteriyalarının olduğunu bildirən PA prezidenti qeyd edib ki, bir çox üzv ölkələrdəki kimi Azərbaycanda da elə sahələr var ki, orada hələ görüləsi işlər var və bununla bağlı proqres davam etdirilməlidir: “Ancaq bizim Azərbaycan hakimiyyətindən gördüyümüz odur ki, onlarda güclü iradə var ki, bu sahələrdə böyük irəliləyişlər əldə etsinlər. Amma tarixi də unutmaq olmaz, yenicə demokratiyaya qədəm qoymuş bir ölkədən nəyisə çox istəmək düzgün deyil. Avropa Şurasının səlahiyyəti ondan ibarətdir ki, yardımlar etsin və öz təcrübəsini bölüşsün. Mələsən, korrupsiyaya qarşı, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı, insan hüquqları ilə bağlı bizim əlimizdə çox güclü vasitələr var ki, digər üzv ölkələr kimi Azərbaycanın bundan yararlanmağa da səlahiyyəti çatır”.
Qeyd edək ki, AŞPA prezidenti Jan Klod Minyon bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.