ABŞ-da saxta sənəd əldə etmək istəyən Ermənistan vətəndaşı həbs olunub
- 08.11.2014, 17:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan vətəndaşı ABŞ-da saxta sürücülük vəsiqəsi əldə etmək istəyərkən həbs edilib.
ABŞ-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Herald & Review” qəzeti yazıb.
Yerli-hüquq mühafizə orqanlarının əməkdaşları Mikael Simonyanı İllinoys ştatı katibinin ofisində həbs ediblər. Prokuror Cina Vonderheyde bildirib ki, M. Simonyan sürücülük vəsiqəsini əldə etmək üçün kommunal xidmətlərə görə ödəniş etmək üçün nəzərdə tutulan iki bank hesabından istfadə edib. O qeyd edib ki, saxlanılan şəxs həmçinin saxta immiqrasiya sənədini təqdim edib.
Saxtakarlığa əl atmış Ermənistan vətəndaşını 25 min dollarlıq cərimə və 3 illik həbs gözləyir.