İspaniyada avtobusun aşması nəticəsində 11 nəfər ölüb

İspaniyanın Syesa şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın El Mondo nəşri məlumat yayıb.

Məlumata görə, paytaxt Madriddən hərəkət edən turist avtobusu yoldan çıxaraq aşıb. Nəticədə onlarla insan ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hazırda ölən və xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir, həmçinin, qəzanın səbəbləri müəyyənləşdirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri