Aİ diplomatiyasının rəhbəri Fələstini dövlət kimi tanımağa çağırıb

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle nəşri məlumat yayıb.

“Bizə Fələstin dövləti lazımdır. Bu bütün Avropa İttifaqının ən əsas məqsədi və mövqeyidir”, deyə Moqerini Qəzza zolağına səfəri zamanı bəyan edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İsveç Fələstini suveren dövlət kimi tanıyıb. Bundan sonra İsrail İsveçdəki səfirini geri çağırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri