Mərakeş Ebola xəstəliyinə görə Afrika Millətlər Kubokunun ev sahibliyindən imtina edib
- 09.11.2014, 14:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərakeş Futbol Federasiyası 2015-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər Kubokununu qəbul etməkdən imtina edib.
APA-nın məlumatına görə, buna səbəb Ebola virusunun “Qara qitə”nin Qərbində yayılması olub.
Daha əvvəl Mərakeş nümayəndələri turniri 2016-ci ildə keçirilməsini istəsə də, Afrika Futbol Konfederasiyası (CAF) onlara rədd cavabı verib. Çempionat isə 2015-ci ilin yanvarın 17-dən fevralın 5-nə qədər davam edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun keçiriləcəyi ölkənin adı noyabrın 11-də CAF-in İcra Komitəsinin iclasında müəyyənləşəcək. Əvvəllər turniri Nigeriya qəbul etməyə hazır olduğunu bildirib.