Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib
- 12.11.2014, 13:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağ çiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markalı avtomobillə edib.
Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.