Bakıda 5 yaşlı uşaq dəm qazından boğularaq ölüb

Bakıda 5 yaşlı uşaq dəm qazından boğularaq ölüb.


Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 17-də rayonun Əliyar Əliyev küçəsi ev 67, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2008-ci il təvəllüdlü Səid Fətəliyev dəm qazından zəhərlənərək ölüb.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri