Bakıdan Naxçıvana aviareyslər bərpa olunub

Əlverişsiz hava şəraiti Bakıdan Naxçıvana aviareyslərin yerinə yetirilməsində problem yaradıb.


APA-nin məlumatına görə, Naxçıvanda dünən müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq yerli aeroport təyyarələri qəbul edə bilmədiyinə görə Muxtar Respublikaya nəzərdə tutulan bəzi reyslər təxirə salınıb. Dünən, mayın 26-da Bakıdan Naxçıvana nəzərdə tutulan bir neçə aviareys, o cümlədən saat 19:00-a planlaşdırılan reys və saat 21:00-da nəzərdə tutulan reys təxirə salınıb. Həmin reyslər müvafiq olaraq bu gün saat 08:30-da və 09:10-da yola salınıb.



Bu dəqiqələrdə isə daha bir aviareysin həyata keçirilməsinə hazırlıq gedir. Qeyd edək ki, qrafikə əsasən, bu reys də dünən saat 23:55-də yerinə yetirilməli idi.



«Azərbaycan Hava Yolları» QSC-dən verilən məlumata görə, ləngimələrin səbəbi Naxçıvanda əlverişsiz hava şəraiti ilə bağlı olub. QSC-nin xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bununla əlaqədar Naxçıvan tərəfi təyyarələri qəbul edə bilməyəcəyini bildirib: «Hazırda vəziyyət sabitləşib və ləngiyən reyslər göndərilməkdədir».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri