Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava soyuyacaq
- 15.11.2014, 01:22,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 16-dan ölkə ərazisində hava soyuyacaq, temperatur 4-6 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, noyabrın ikinci ongünlüyünün sonuna kimi havanın qeyri-sabit keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Noyabrın 17, 18, 19-da gündüz saatlarında havanın temperaturu 8-10 dərəcəyə yaxın olacaq.
Noyabrın 16-sı axşamdan noyabrın 18-i səhərə kimi şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Bu müddət ərzində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı ehtimal edilir.
Respublikanın rayonlarında isə proses noyabrın 16-da qərb rayonlarından başlayaraq müşahidə ediləcək.