İlham Əliyev: “Silahlı qüvvələrimiz bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcək”

Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanına raport verib.

Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış olub.

Daha sonra İlham Əliyev operativ müşavirə keçirib. Müşavirədə Z. Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və cəbhənin təmas xəttindəki vəziyyət barədə məruzə edib.

Prezident bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.

Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış geyim formalarına baxıb.

Onu da deyək ki, hərbi hissədə hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli 5 mərtəbəli yaşayış binası da inşa olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri