Azərbaycan ərazisində yağışlı hava şəraiti üstünlük təşkil edəcək
- 16.11.2014, 23:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.
Gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.
Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.