Nazir müavini: “Mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakıda test yoxlamalara başlanılıb”
- 17.11.2014, 19:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakı şəhərində test yoxlamalara başlanılıb.
APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın monitorinq şirkətlərindən biri Azərbaycana test üçün dəvət olunub: “Mobil operatorların xidmətlərinin keyfiyyəti ilə bağlı Bakının mərkəzi küçələrində və qəsəbələrində araşdırmalar aparılıb. Operatorların bir-birinə yığımlar təşkil etməsi, internetin sürəti və mesajların göndərilməsi və gec çatmasında qüsurlar aşkar olunub. Bu qüsurlar Azərbaycanda hər üç operatorda ayrı-ayrı sahələrdə müəyyən olunub. Qüsurların aradan qaldırılması ilə məqsədi ilə operatorların hər birinə nazirlik tərəfindən xəbərdarlıq olunub”.