Müdafiə Nazirliyi: İşğalçılara vurulacaq zərbə məhvedici olacaq

Müdafiə Nazirliyi: İşğalçılara vurulacaq zərbə məhvedici olacaq Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rejiminə cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gəncləri ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.

Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.

Nazirlik bəyan edir ki, düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri