Dəmiryol Vağzalının Bakının mərkəzindən köçürülməsi məsələsinə aydınlıq gəldi

Dəmiryol Vağzalının Bakının mərkəzindən köçürülməsi məsələsinə aydınlıq gəldiDəmiryol Vağzalının Bakının mərkəzindən köçürülməsi məsələsi hazırda gündəmdə deyil.


Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.


Onun sözlərinə görə, vağzalın paytaxtın mərkəzində yerləşməsi sərnişinlərin rahatlığını təmin etmək üçün lazımdır: "Dəmiryol Vağzalının xidmətlərindən istifadə etmək üçün ona çatmaq lazımdır və bununla əlaqədar olaraq, vağzalın Bakının mərkəzində yerləşməsi sərnişinlərin rahatlığını təmin etməyə xidmət göstərir".


Digər tərəfdən, vağzalı paytaxtın mərkəzindən köçürmək üçün ilk növbədə, bütün zəruri infrastrukturu olan yeni vağzal tikmək lazımdır ki, bu da bir neçə il vaxt apara bilər.


N.Əzməmmədov əlavə edib ki, vağzalın daşınması məsələsi hazırda aktual deyil: "Əgər bu məsələ hökumət səviyyəsində gündəmə gələrsə, müxtəlif variantlar nəzərdən keçiriləcək və bütün zəruri işlər görüləcək. Yeni dəmiryol vağzalı, binanın tikintisindən başqa, dəmiryol xətlərinin, deponun və digər lazımi infrastrukturun yaradılmasını da tələb edir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri