Bakıda yol polisi əməkdaşına xəsarət yetirən şəxs tutulub
- 19.11.2014, 12:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda yol polisi əməkdaşına xəsarət yetirən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Polisi inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev saxlanılıb.