Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə ağır cəza
- 20.11.2014, 18:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gecə evdə tək olan körpə qızı zorlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zyaşlını zorlamada təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Arzu Şirinovanın (ad və soyad şərtidir) evinə daxil olub. 58 yaşlı kişi Arzu Şirinova 2007-ci il təvəllüdlü qızı Aliyənin (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib və çirkin niyyətini gerçəkləşdirib. O, 7 yaşlı qızla zorla cinsi əlaqədə olub.
Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.