Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
- 20.11.2014, 18:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 3 avtomobil toqquşub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı biri yük kranı olmaqla 3 avtomobil toqquşub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya açıqlamasında bilrilib ki, hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində yaralanan 4 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.
Hadisə baş verən ərazidə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması və qəzaya düşən avtomobillərin hadisə yerindən götürülməsi istiqamətində iş aparır.