Bu il Azərbaycanda Prezident təqaüdünə layiq görülmüş tələbələr haqqında statistik məlumat açıqlanıb
- 21.11.2014, 19:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə Prezident təqaüdünə layiq görülmüş tələbələr haqqında statistik məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin məlumatlar “Abituriyent” jurnalının 11-ci sayında dərc olunub.
Prezidentinin sərəncamına əsasən bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbəyə Prezident təqaüdü təyin edilib. Belə ki, I ixtisas qrupunda Prezident təqaüdünə 682 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 8 nəfəri qız, 17 nəfəri isə oğlandır. II ixtisas qrupunda Prezident təqaüdünə 677 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 4 nəfəri qız, 21 nəfəri isə oğlandır.
III ixtisas qrupunda Prezident təqaüdünə 675 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 17 nəfəri qız, 8 nəfəri isə oğlandır. IV ixtisas qrupunda Prezident təqaüdünə 679 bal və daha yüksək nəticə göstərmiş tələbələr layiq görülüblər. Onlardan 13 nəfəri qız, 12 nəfəri isə oğlandır.
Naxçıvan Muxtar Respubikasından isə II ixtisas qrupu üzrə qəbul imtahanında 674 bal topla mış 1 nəfər oğlan və IV ixtisas qrupunda 677 bal toplamış 1 nəfər oğlan Prezident təqaüdünə layiq görülüblər. Ümumilikdə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 42 nəfəri qız, 60 nəfəri isə oğlandır. Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 21 nəfər Azərbaycan Diplomatik Akademiyasına, 17 nəfər Bakı Ali Neft Məktəbinə, 10 nəfər “Qafqaz” Universitetinə, 3 nəfər Bakı Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 1 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.