Həmsədrlərin 19 noyabr tarixli bəyanatına dəyişiklik edilib

ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatına dəyişiklik edilib.

APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytında Minsk Qrupu həmsədrlərinin bəyanatında bundan əvvəl işlədilmiş və Azərbaycanın etirazına səbəb olmuş “neytral ərazi” ifadəsi “məskunlaşmamış ərazi” (“no mans land”) ifadəsi ilə əvəzlənib.

Xatırladaq ki, həmsədrlər Ermənistan hərbi helikopterinin vurulduğu zonanı (Ağdam rayonu ərazisində) "neytral ərazi" adlandırmış və tərəfləri ərazinin minalardan təmizlənməsinə çağırmışdılar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri