Azərbaycanda yol hərəkətində ən çox pozulan qaydalar açıqlanıb
- 21.11.2014, 19:39,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda yol hərəkətində ən çox pozulan qaydalar açıqlanıb.
Baş Dövlət Yol Polis İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, bu il ölkə ərazisində 998 min yol hərəkətinin pozulması haqqında protokol tərtib edilib.
Tərtib edilən protokolların ən çoxu 26% olmaqla sürət həddini aşan sürücülərlə bağlıdır. Digər qanun pozuntusu 9% olmaqla ötmə və manevr etmə, 6% işıqforun qadağan olunmuş işığında keçmə, 3.5% yol ayrıcını keçmə, 2%-i sərnişin daşımada baş verən qanun pozuntusu, 0.8%-i isə sərxoş sürücülərin payına düşür.