Paytaxt sakinləri şəhərin mərkəzində özlərini XIX əsrdə hiss ediblər
- 03.03.2015, 00:03,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Əli və Nina" filminin Bakıda aparılan çəkilişləri bu səhər paytaxt sakinlərini heyran edib.
ANS-in məlumatına görə, səhər saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığından keçənlər özlərini XIX əsrdə hiss ediblər. Nə baş verdiyini anlamayanlar gördükləri mənzərəni çəkib sosial şəbəkələrdə paylaşıblar.
Facebook istifadəçisi Tofiq Sadıxov keçirdiyi hissləri fotolarla belə paylaşıb: "Səhər işə gələndə özümü zaman maşınında hiss etdim. Səadət Sarayını keçəndən sonra gözlərimə inana bilmirdim. Bir anda ətrafımdakı binalar, insanlar, əşyalar XIX əsrə qayıtdı. Sankı zaman tunelində səyahət edib 2 əsr əvvələ düşdüm. Cins Qarabağ atları, faytonlar, XIX əsr insanları, yeni peyda olmuş və neft maqnatlarına məxsus ilk avtomobillər... Bütün bunları canlı görmək ayrı bir zövqdür"!
Dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.
Jurnalist Zöhrab İbrahimov və Tofiq Sadığovun paylaşdığı fotoları təqdim edirik: