“Natavan Həbibinin ağzından çıxan söyüşlər bəlkə də heç kişilərə də xas deyil. O cür söyüş söyən qadına ilk dəfə idi rast gəlirdim. Natavan o cür sözləri haradan düzüb qoşur, necə o cür söyüşlər ağlına gəlir, hələ də anlamıram”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri teleaparıcı Afaq Gəncəli Ailem.az saytına müsahibəsində deyib:
“Mənim bu günə qədər ən böyük münaqişəm bəstəkar Hacı Nazim Məmmədovla olub. Düzdür, illər keçdi, insan səhvini başa düşdü. Bu məsələni bağladım, amma unutmadım və heç vaxt da unutmaram.
Daha böyük bir qalmaqalım müğənni Natavan Həbibi və rəqqasə Oksana Rəsulova ilə baş verib. Baxmayaraq ki, mənim Natavanla normal münasibətim var idi. Amma o, elə düşündü ki, mənim prodüser Toliklə, xalq artisti Aygün Kazımova ilə dostluq münasibətim ona zərər gətirə bilər. Mən indi də deyirəm, heç kim məni idarə edə bilməz. Məsələn, Röyanın xətri mənə dünyalar qədər əzizdir. Mən o xanımı olduğu kimi qəbul etmişəm. Onun tam əks tərəfi Aygün Kazımova ilə də gözəl və qarşılıqlı münasibətimiz var.
Natavanla problemin kökünü açıqlayım. Bir verilişdə qonaq idik. Mən, həmkarım Nərgiz Məmmədova, Natavan Həbibi, Oksana Rəsulova, reper Qurd və İlhamə Qasımova orada idi. Aparıcı İlqar mənə sual verdi ki, niyə bu günə qədər İlhamə Qasımovanın qalmaqalı yoxdur? Mən də normal şəkildə Natavanla Oksananı göstərib, bu cümləni qurdum: “Çünki bu iki xanımdan fərqli olaraq İlhamə Qasımovanın yolu düzgündür”. Mən ən azı onlara müraciətimdə bu gün peşman olduğum “xanım” sözünü işlətmişəm. Bu cümləmdən sonra dərhal fikrimi izah etdim. Təkrarən dedim, yəni İlhamə Qasımova qalmaqalsız yoldadır. Bu iki nəfər ilk cümləmdən sonra qulaq asmadılar. Necə səs-səsə verib qışqırdılarsa, mən heç nə dediklərini anlamadım. Bunların aqressiyasından sonra İlqar dərhal reklamlara keçid verdi və əsl səhnə onda başladı. O görüntünü Allahımdan istəyirdim ki, kimsə çəkib paylaşsın. Mən heç vaxt imkan verməmişəm ki, mənim yanımda söyüş söysünlər. Amma inanın, Natavan Həbibinin ağzından çıxan söyüşlər bəlkə də heç kişilərə də xas deyil. O cür söyüş söyən qadına ilk dəfə idi rast gəlirdim. Oksana söymürdü, düzünü deməliyəm. Amma Natavan o cür sözləri haradan düzüb qoşur, necə o cür söyüşlər ağlına gəlir, hələ də anlamıram. Torpağı yenicə soyuyan mərhum atamın ünvanına o cür sözlər eşitdim. Bunu necə etmək olar? Orada hər kəs dəhşətə gəlmişdi. Atama toxunanda dözmədim. Bircə kəlimə dedim ki, “get ailənə aid olan sözləri, haqqında deyilən fikirləri yu, apar”. Sonra Natavan səhifəsində mənim haqqımda nalayiq sözlər yazanda Oksana da ona qoşulmuşdu.
Natavanı bu həddə gətirib çatdıran kimlər olub? O, bəzi şeyləri unudub. O, 8 il bundan öncə “10-lar”ın qapısının önündə yatmağı, yalvarmağı, kliplərinin “10-luq”da getməsini istəməyi, “Qurban olum Afaq, bu süjeti efirə ver” deməyini unudub demək? Natavan indi heç bir yerdədir. Mərifəti, xətir-hörməti olan müğənninin balaca bir restorandakı konsertini mən özüm belə şişirdib, efirə verirəm. Amma Natavan illər sonra Heydər Əliyev adına sarayın səhnəsinə çıxdı, çox sakit qarşılandı. Biz onu da böyüdüb gözəl şəkildə camaata çatdırardıq. Niyə eləmədik? Çünki o özü xətir-hörmət saxlamayıb. İnsanın qanı gərək şirin olsun”.