Gələn il Azərbaycanda Novruz bayramı tətili bir həftə olacaq

Nazirləri Kabinetinin qərarına əsasən 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17-18 iyul Ramazan bayramı, 24-25 sentyabr Qurban bayramı olacaq.

APA-nın məlumatına görə, 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Beləliklə, gələn il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Gələn il Ramazan bayramında 3 gün qeyri-iş günü olacaq. Çünki 18 iyul şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və 19 iyul qeyri-iş günü olacaq.

Qurban bayramında isə (24 sentyabr cümə axşamı, 25 sentyabr cümə) iş və istirahət günlərinin yerləri dəyişdirilməyəcək. Sadəcə, 26 və 27 sentyabr şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Qurban bayramında 4 gün qeyri-iş günü olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri