Səfir: "Britaniyanın Azərbaycanda iqtisadi maraqları var, ona görə də münaqişənin davam etməsində maraqlı deyil"

"Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var, ona görə də bizim ölkə Dağlıq Qarabağda münaqişənin davam etməsində maraqlı deyil". APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Krallığın Ermənistandakı səfiri, xanım Ketrin Linç deyib. O bildirib ki, "British Petroleum" Azərbaycan iqtisadiyyatinın ən böyük investorlarından biridir: “Biz bilirik ki, Qarabağda münaqişənin davam etməsi heç kimin marağında deyil”.

Səfirin sözlərinə görə, Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bu yaxınlarda Ermənistan və Azərbaycana səfəri zamanı verilən əsas mesaj bu idi ki, münaqişənin həllinin sülh yolundan başqa alternativi yoxdur və iki xalqı sülh üçün hazırlamaq çox vacibdir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri