Robert Prosineçkinin Azərbaycan millisinə baş məşqçi təyinatı dekabrın 3-də rəsmiləşə bilər

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib.

Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yığıncaq dekabrın 3-də baş tutacaq.

AFFA-nın inzibatı binasında keçiriləcək iclas saat 11:00-da başlayacaq. Yığıncağın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisinin təsdiqlənməsidir.

Hazırda ölkəmizdə olan Xorvatiyalı Robert Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, komitə məhz onu bu posta təsdiqləyəcək.

Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.
Şərhlər
İdman bölməsinin xəbərləri