Almaniya səfiri: “Ermənistan və Azərbaycan son dünya müharibəsindən sonrakı Avropanın təcrübəsini nəzərə almalıdır"
- 26.11.2014, 19:34,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur”. APA-nın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın Ermənistandakı səfiri Rayner Morel deyib. Alman diplomat ölkəsinin münaqişənin danışıqlar vasitəsilə həllinə nail olmaq istiqamətində ATƏT-in Minsk Qrupu formatını dəstəklədiyini bildirib: “Tərəflər sonuncu dünya müharibəsindən sonra bir-biri ilə barışan və mehriban yaşayan Avropa nümunəsini nəzərə almalıdır".
R. Morel Almaniyanın Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında maraqlı olduğunu söyləyib: “Cənubi Qafqaz regionu coğrafi baxımdan Avropa İttifaqının qonşusudur. Bütövlükdə Avropa İttifaqı və onun üzvü kimi Almaniya Federativ Respublikası regionda sülh və müsbət inkişafda maraqlıdır. Bundan başqa, bu region həm də Avropa və Mərkəzi Asiya arasında mühüm keçid kanalı və körpüdür”.
Səfir ölkəsinin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu vurğulayıb: “1993-cü ildən Türkiyə-Ermənistan səhədinin bağlı qalmasını biz alqışlamırıq. Bizlər də Berlin divarının aradan qaldırılması məsələsində çətinliklə üzləşmişdik. Bizə divarlar və sərhədlər deyil, körpülər lazımdır”.