Aviasiya tarixində görünməmiş olay: sərnişinlər təyyarəni itələməli olublar
- 26.11.2014, 19:40,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın "Katekavia" aviaşirkətinin sərnişinləri İqarkidən Krasnoyarska uçmaq üçün təkərləri şaxtadan donmuş hava gəmisini itələməli olublar. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə Qərbi Sibirin nəqliyyat prokurorunun köməkçisi Oksana Qorbunova məlumat verib.
Onun sözlərinə görə, insident çərşənbə axşamı İqarka aeroportunda baş verib. Çarter reysi ilə uçan təyyarədə qarovulçular olub. "Tu 134"-ün uçuş kütləsi 47 tona yaxındır: "İlkin fərziyyəyə görə, havanın temperaturu mənfi 52 dərəcəyə düşüb və duracaqda təyyarənin şassisinin əyləc sistemi donub. Təyyarəni hərəkət yoluna salmaq mümkün olmadıqda sərnişinlər onu itələmək qərarına gəliblər ki, bu da yolverilməzdir, çünki təyyarənin üzlüyü zədələnə bilərdi”.
Hazırda Qərbi Sibirin Nəqliyyat Prokurorluğu hadisənin bütün iştirakçılarının - aeroport xidmətinin, aviaşirkətin, ekipajın və sərnişinlərin hərəkətlərinin qanuniliyinin qiymətləndirilməsinə başlayıb.
Aviaşirkətdən RİA Novosti-yə bildiriblər ki, hələlik bu faktla bağlı məlumatları yoxdur.