DB Azərbaycanda təhsil sahəsində yeni layihələri maliyyələşdirməyə hazırdır

DB Azərbaycanda təhsil sahəsində yeni layihələri maliyyələşdirməyə hazırdır Dünya Bankı (DB) Azərbaycanda təhsil sahəsində yeni layihələriin maliyyələşdirilməsinə başlamağa hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib.

Leşenkonun sözlərinə görə, təbii ki, son illər Azərbaycanda təhsil sahəsində real irəliləyişlər müşahidə olunur: Xüsusilə, Azərbaycanda ali və orta ixtisas təhsil müəssisəsinə qəbul zamanı test sisteminin tətbiqini vurğulamaq istəyirəm".

Onun sözlərinə görə, lakin bu sahədə hələ də problemlər qalmaqdadır. Nümunə kimi ali və orta ixtisas məktəblərinə qəbulun aşağı səviyyəsini göstərmək olar:

"Məzunların təxminən18-19 faizi öz təhsillərini davam etdirirlər. Bu hətta Azərbaycanın daxil olduğu orta gəlirli ölkələr və daxil olmağa cəhd etdiyi yüksək gəlirli ölkələr qrupu üçün də çox aşağı göstəricidir. Təhsil sahəsində görüləsi işlər çoxdur və bu sərmayələr, texnologiyalar tələb edir. Biz bu proseslərdə iştirak etməyə, digər ölkələrin təcrübələrini Azərbaycana gətirməyə hazırıq. Biz bu istiqamətdə Azərbaycan hökuməti ilə danışıqlar aparırıq".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri