Öldürüldüyü barədə məlumatlar yayılan polis rəisi: “Sağ-salamatam, hazırda xidmət başındayam”
- 27.11.2014, 19:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mən sağ-salamatam və hazırda xidmət başındayam”.
Bunu APA-ya açıqlamasında mətbuatda qətlə yetirildiyi barədə məlumatlar yayılan, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlov deyib. O qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Bilmirəm, kimlər, hansı məqsədlə haqqımda belə yalan xəbərlər uydurub. Mən sağ-salamatam, hazırda xidmət başındayam”.
Qeyd edək ki, bu gün bəzi KİV-də F. Bədəlovun xüsusi amansızlıqla qətlə yetirilməsi barədə məlumatlar yayılıb.