Avropa Liqası: Sent-Etyen - Qarabağ 1:1

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları baş tutub.

APA-nın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Fransanın  “Sent-Etyen”  klubunun qonağı olub. Matçda hesabı ilk olaraq 15-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Vüqar Nadirov açıb, lakin 6 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Görüş heç-heçə (1:1) yekunlayıb.
 
"Qarabağ"ın yer aldığı  F qrupunun digər qarşılaşmasında  İtaliyanın "İnter" klubu Ukrayna "Dnepr"inə 2:1 hesabı ilə qalib gəlib.
 
 
Avropa Liqası
F qrupu
 
Sent-Etyen - Qarabağ 1:1 (1:1)
 
Qollar: V.Nadirov, 15 (0:1). V.Volfsvinkel, 21 (1:1).
Şərhlər
İdman bölməsinin xəbərləri