Bakıda 23 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən 16 yaşlı qız tutulub

Bakıda 23 yaşlı qızı qətlə yetirən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.


***

Bakıda qətl törədilib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 23 yaşlı Şəms Daşdəmir qızı Abdullayeva naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri