Sumqayıt Dövlət Texniki Kollecinin keçmiş müəllimi özünü 5 mərtəbəli binanın damından atıb

Azərbaycanda müəllim intihar edib.


APA-nın məlumatına görə, hadisə bu gün Sumqayıt şəhərində qeydə alınıb.



Sumqayıt şəhər sakini Zakir Məmmədov yaşadığı beş mərtəbəli binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.



Polisdən həmçinin bildirilib ki, Z.Məmmədov Sumqayıt Dövlət Texniki Kollecində müəllim işləyib. Bir müddət əvvəl o, əsəblərində problemlər yarandığı üçün işindən ayrılıb. Onun intihar etməsinə də psixi pozğunluğunun səbəb olduğu bildirilir.



Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri