"Bakı"nın oyunçusu və onun ərinin meyiti tapılıb

“Bakı”nın sabiq voleybolçusu İnqrid Visser və onun əri Ludovik Severeynin İspaniyanın Mursiya şəhərində meyitləri tapılıb.

Visser və həyat yoldaşı Mursiyaya həkimin yanına müayinəyə gəlibmişlər. Ancaq təyin olunan vaxtdan bir neçə gün keçməsinə baxmayaraq ər-arvad həkimin qəbuluna gəlməyiblər. Bundan bir neçə gün sonra onların kirayəyə götürdükləri avtomobil aeroportdan tapılıb. Qara «Fiat Panda» Mursiyada Birinci Xuan Karlos küçəsində saxlanmışdı.

Voleybolçu və həyat yoldaşının meyitləri Alkeyresdə tapılıb. Polis nümayəndəsinin sözlərinə görə, onlar meşədə basdırılıbmışlar. Canilər izləri itirməyə çalışıblar.

Hazırda şübhəlilər həbs olunublar və ifadə verirlər.
Şərhlər
İdman bölməsinin xəbərləri