"Toppuş bacı" toyundan danışdı

"Toppuş bacı" toyundan danışdı Tanınmış aktrisa Tünzalə Əliyevanın mayın 25-i Gəncə şəhərində qız toyu olub.

Hamının "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın mayın 25-i qız toyu olub.


Bütün sənət dostlarının, iş yoldaşlarının toplandığı toy mərasimi Gəncə şəhərində baş tutub. Tünzalə Əliyeva iyulun 7-si isə gəlin köçəcək.


ANS-ə açıqlama verən aktrisa xoşbəxt olduğunu deyir: "Şükür toyumu sağ-salamat elədik. Toy Gəncə şəhərində restoranların birində oldu. Bütün qohum-əqrəbam orada idi. Özüm gəlinlik paltarı geyinmək istəmədim, sadə bir libas tikdirmişdim. İnşallah, oğlan toyunda ağ gəlinlik geyinəcəm"


Nişanlısı ilə bağlı suallarımıza isə aktrisanın cavabı belə oldu: "Nişanlım Ağdaşlıdır. Sadə insandır. Onun haqqında çox danışmaq istəmirəm".


Qeyd edək ki, Tünzalə xanım uzun illərdir ki, ona pərəstişkarlıq edən 26 yaşlı fanatı Röyal ilə ailə həyatı quracaq. Tünzalə Əliyeva uzun müddətdir ki, qəlbində ona qarşı səmimi hisslər olan bu gənc oğlanın evlilik təklifinə yaşının az olduğu üçün müsbət cavab vermirmiş. Amma ötən ay aktrisa evlilik təklifini qəbul edib və onlar nişanlanıblar.


"Toppuş bacı" toyundan danışdı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri