Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi çoxdan başlayan və mürəkkəb münaqişədir”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tərəfdarıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin sualına cavabında deyib.

S. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etmək niyyətindədir: “Bizim dünən birgə bəyanatımız oldu. Bu bəyanatda da vurğuladıq ki, münaqişənin ərazi bütövlüyünə hörmət, güc tətbiq edilməməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinin tərəfindəyik. Bu münaqişə çoxdan başlayan və mürəkkəb münaqişədir. Ona görə də həlli asan olmayacaq. Lakin biz sülh prosesini davam etdirmək və tərəflər arasında dialoqu inkişaf etdirmək arzusundayıq. İnanırıq ki, tərəflər də münaqişənin həlli üçün gərəkli addımlar atacaqlar. Biz həmsədr ölkə olaraq buna dəstək verməyə hazırıq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri