Senat Komitəsi Robert Sekutanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqləyib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib.

Prezident Barak Obamanın namizəd göstərdiyi Robert Sekuta (Robert Francis Cekuta) komitədə keçirilən səsvermədə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səfhəsində məlumat verilib.

R. Sekuta Dövlət Departamentinin Enerji Resursları Bürosunda baş köməkçi müavini vəzifəsində çalışıb. Onun xaricdə diplomatik xidmət təcrübəsi də var. R. Sekuta 2007-2009 illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində fəaliyyət göstərib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri