Azərbaycan XİN: Dağlıq Qarabağa səyahətə dəvət edən “Yahoo Travel” portalı beynəlxalq hüquq normalarını pozur
- 05.12.2014, 19:08,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səyahətə dəvət edən “Yahoo Travel” portalı beynəlxalq hüquq normalarını pozur.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Haciyev deyib.
Diplomat qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni araşdırmaq və müvafiq tədbirlər görmək tapşırılıb.
Qeyd edək ki, "Yahoo Travel" portalında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi təqdim edilib. Saytda yerləşdirən materialda Dağlıq Qarabağa Ermənistan vasitəsi ilə getmək tövsiyə olunur.