Moskvada bir ailənin dörd üzvü evdə qətlə yetirilib

Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, paytaxtın cənub hissəsində, Naqatinsky küçəsi, 13 ünvanında yerləşən mənzildən 4 nəfərin üzərində zorakılıq əlamətləri olan cəsədləri tapılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər bir ailənin üzvləri olublar. Bunlar yaşlı ər-arvad, onların oğlu və gəlinidir.

Cəsədlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Qətlin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri