Sumqayıtda 24 yaşlı oğlan qətlə yetirilib
- 08.12.2014, 12:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda qətl törədilib.
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 7-dən 8-ə keçən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov aralarında yaranmış münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Toğrul Əstanovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən V. Xəlilov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.