Coğrafiya İnstitutu: Azərbaycanda 300-350 yaşayış məntəqəsi birbaşa sürüşmə təhlükəli zonada yerləşir

"Azərbaycanda 300-350 yaşayış məntəqəsi birbaşa sürüşmə təhlükəli zonada yerləşir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, bu gün ölkə ərazisinin 25-26%-i sürüşmə üçün təhlükəli zonalardır. E.Əlizadə qeyd edib ki, həmin ərazilərin bəzilərində sürüşmə sahələri var, bəzilərində isə yeni yaranma ehtimalı çox böyükdür.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ən təhlükəli və fəal sürüşmə zonalarına Qafqazın cənub yamacı, Şamaxı, Ağsu, İsmayıllı zonası, Böyük Qafqazın şimal-şərq yamacında Siyəzən, Xızı Şabran zonası, Kiçik Qafqazda Goranboy, Göygöl, Lənkəran-Lerik yolu və ətraf əraziləri daxildir: “Lənkəran-Lerik yolu və ətraf əraziləri sürüşmə üçün fəal zona deyil. Sadəcə, insanların təsiri ilə yol çəkiləndən sonra bərkitmə işləri aparılmaması həmin ərazidə sürüşməyə səbəb olur. Apreldə proqnoz vermişdik ki, əgər payız ayları yağıntılı və rütubətli keçsə, yağıntıların miqdarı norma daxilində və ya artıq olsa, ölkə ərazisində sürüşmə təhlükəli zonaların fəallaşmasına gətirib çıxaracaq. Bunun artıq ilkin əlamətlərini görürük”.
Şərhlər
Sosial bölməsinin xəbərləri