İtaliyada daha üç jurnalist böhtana görə həbs cəzasına məhkum edilib
- 27.05.2013, 23:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç İtaliyada jurnalistlərin böhtana görə həbs cəzasına məhkum edilməsindən narahatlığını bildirib.
O, İtaliya hökumətini böhtana görə cinayət məsuliyyəti tətbiq edilməsi mexanizmini aradan qaldırmağa çağırıb.
Jurnalistlər Andrea Marçenaro, Corcio Mule və Rikardo Arena Milan məhkəməsi tərəfindən 2010-cu ildə yazdıqları yazıya görə məhkum ediliblər. Son zamanlar İtaliyada böhtana görə cinayət təqibi hallarının artdığı müşahidə olunur. Ötən ilin sentyabrında Kassasiya Məkhəməsi Libero qəzetinin redaktoru Alessandro Sallusti haqqında çıxarılmış hökmü qüvvədə saxlayıb. Dunya Miyatovuç bu məsələni qaldırdıqdan sonra prezident Corcio Neopolitano qərarı ləğv edib.